Fransa polisi dönər yeyən azərbaycanlını cərimələdi

Bu hadisə Azərbaycan əsilli Almaniya vətəndaşının başına gəlib. Onu şəxsən tanısam da, etik səbəbdən adını çəkmirəm.
Əhvalat belə olub: bu günlərdə məzuniyyətdən istifadə edən ər-arvad avtomobillə Fransanı gəzmək fikrinə düşüblər. Elzas regionunu gəzən cütlük geri qayıdarkən yolüstü Strasburqdakı dönərxanalardan birindən dönər alıb. Ər vaxt itirməmək üçün yeyə-yeyə getmək qərarına gəlib. Lakin, Fransa polisi buna mane olub. Elə şəhəri tərk etmədən jandarmlar azərbaycanlı sürücünü saxlayaraq ona 35 avro cərimə yazıblar. Qərar onların təəccübünə səbəb olsa da, məbləğ kiçik olduğu üçün etiraz etməyiblər.
Almaniyaya qayıdan şəxs məsələnin qanuni olub-olmadığını vəkillə müzakirə edib. Hüquqşünas burada heç bir qayda pozuntusu olmadığını bildirib və cərimənin dəbbə pulu gəlmədən ödənilməsini məsləhət görüb.
Bəs Fransa polisinin tətbiq etdiyi cərimə nə dərəcədə əsaslıdır?
Avtosfer.az xəbər verir ki, Fransanın Yol Hərəkəti Məcəlləsində sükan arxasında qida qəbul etməyə görə birbaşa cəza nəzərdə tutulmur. Lakin həmin məcəllənin 412-ci maddəsinə görə sürücünün manevr imkanlarını məhdudlaşdıran hərəkətlər, başqalarına qarşı ehtiyatsız və ya ədəbsiz davranışlar inzibati xəta predmetidir. Qanun keşikçiləri bu maddədən çıxış edərək sükan arxasında yeyib-içən, yandakı oturacaqda nə isə axtaran, yaxud bəzənən sürücüləri cərimələyirlər. Cərimənin miqdarı xətanın dərəcəsinə görə 35 və 135 avro ola bilər. Fransa polisinin azərbaycanlı sürücünü cərimələməsində heç bir qanunsuzluq yoxdur. Sürücü Almaniya vətəndaşı olaraq cərimədən qaça bilməyəcək.
Sözügedən qanunun 412-6-cı maddəsi yetkinlik yaşına çatmış şəxslərin avtomobildə siqaret çəkməsinə icazə verir. Lakin salonda uşaqlar olduğu təqdirdə siqaret çəkən şəxs 750 avroyadək cərimə edilə bilər.
Vüqar
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












