Gedəcəyi istiqaməti vaxtında seçməyən sürücü təhlükə yaratdı - VİDEO

Bakıda manevr qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 18-də, paytaxtın Babək prospektində baş verib.
Belə ki, 10-YY-043 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq qəfildən sola manevr edib. Bu zaman görüntünü qeydə alan sürücünü sıxışdıraraq ona qəza şəraiti yaradıb. O, daha sonra təhlükəsizlik adacığının üzərindən keçərək Yusif Səfərov küçəsi istiqamətinə hərəkət edib.
Çox təəssüf ki, əksər sürücülər gedəcəyi istiqamət üzrə öncədən düzgün zolaq seçmirlər. Son anda qərar verərək həm qaydaları pozurlar, həm də təhlükəli vəziyyət yaradırlar. Sürücülərə tövsiyə edirik ki, sükan arxasına əyləşən zaman gedəcəkləri ünvan üzrə təxmini marşrutu nəzərdə saxlasınlar və həmin plan üzrə hərəkət etsinlər. Əgər anidən qərar dəyişərsə, bu zaman digər hərəkət iştirakçıları üçün təhlükə yaradılmamalıdır, o cümlədən qanunun pozulması ilə nəticələnməməlidir.
Fərid
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












