Gəncədə avtoxuliqanlıq edən “Changan” sürücüsü həbs edildi - VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində “Changan” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib.
Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.
Bayram günlərində səfərə çıxan vətəndaşların nəzərinə! - FOTO - VİDEO
Bununla yanaşı, polis əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı avtomobillərinə qanunsuz olaraq səs siqnalları quraşdıran bir neçə sürücü də müəyyən edilib. Həmin şəxslər barəsində də inzibati protokollar tərtib olunaraq məhkəməyə göndərilib.
Qeyd edək ki, il ərzində Gəncə şəhərində əhalinin haqlı narazılığına səbəb olan səs siqnallarından istifadə edən 34 sürücü müəyyən olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Gəncə şəhərində yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbirlər etdirilir.
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












