Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb

Martın 25-də saat 21 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Kürdəmir rayonu ərazisindəki stasionar postundan Rayon Polis Şöbəsinə Stansiya Karrar kəndi ərazisində bir nəfərin avtomobillə vurulması barədə məlumat daxil olub. Yol polisi əməkdaşları dərhal yaralını xəstəxanaya çatdırıblar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əcnəbi vətəndaş İnayatxon Nauruzova olduğu və yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Həkimlərin səyinə baxmayaraq ağır bədən xəsarətləri almış qadının həyatını xilas etmək mümkün olmayıb və o, martın 30-da xəstəxanada vəfat edib. İstintaq və əməliyyat-axtarış tədbirləri ilə yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Kürdəmir RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobili idarə edən Qazax rayon sakini Rauf Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












