Hansı hallarda sığorta şirkəti avtomobil sahibinə ödəniş etməyə bilər? – EKSPERT AÇIQLADI - FOTO

Müasir dövrdə avtomobillərin sığortalanması yol hərəkəti iştirakçılarının hüquqlarının qorunması və maddi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Avtosfer.az xəbər verir ki, avtomobil sahibləri həm icbari, həm də könüllü sığorta vasitəsilə mümkün risklərə qarşı öncədən təminat yaradırlar.
Lakin bəzi hallarda sığorta şirkətləri müxtəlif səbəblərə əsaslanaraq ödənişdən imtina edə bilirlər ki, bu da vətəndaşlar arasında narazılıq və hüquqi mübahisələrə səbəb olur. Bəs hansı hallarda sığorta şirkətləri ödənişdən imtina edə bilər?

Məsələ ilə bağlı sığorta eksperti Vüsal Bədəlov saytımıza açıqlamasında bildirib ki, avtomobilin inzibati məsuliyyət sığortası, yəni icbari sığorta qanunvericiliklə tənzimlənir: "Əgər sığorta şirkətinin bu məhsulu təqdim etmək üçün rəsmi lisenziyası varsa və nəqliyyat vasitəsinin sənədləri qaydasındadırsa, şirkət heç bir halda həmin nəqliyyat vasitəsini sığortalamaqdan imtina edə bilməz. Bütün nəqliyyat vasitələri icbari qaydada sığortalanmalıdır və sığortaçı da, sığortalı da qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidirlər. Könüllü sığorta növləri isə, o cümlədən, kasko sığortası, "Sığorta haqqında qanun”un ümumi prinsiplərinə əsasən, sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında tənzimlənir. Bu halda, sığorta şirkəti müxtəlif səbəblərə əsaslanaraq sığorta xidmətindən imtina edə bilər. Məsələn, 15 ildən artıq yaşı olan nəqliyyat vasitələrinin kasko sığortası qəbul edilməyə bilər. Müəyyən marka və modellər daxili səbəblərə görə sığortalanmaya bilər (məsələn, rəsmi servisin olmaması, ehtiyat hissələrinin tapılmasında çətinlik, həmin avtomobilin riskli və ya tez-tez zərərə uğrayan nəqliyyat vasitəsi kimi tanınması və s.)"

Ekspert qeyd edib ki, bu kimi hallarda könüllü sığorta növündə sığorta şirkətinin müəyyən nəqliyyat vasitələrini sığortalamamaq hüququ var: "Belə sığorta növləri yalnız sığortaçı ilə sığortalı arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilir. İcbari avtomobil sığortası qanunla məcburidir və heç bir sığorta şirkəti bu xidməti göstərməkdən imtina edə bilməz. Könüllü sığortalarda isə seçim və şərtlər şirkətin daxili siyasətinə əsasən dəyişə bilər".
Fidan
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












