Havaya normadan artıq tullantı atan 19 şadlıq sarayı cərimələnib - Sumqayıtda

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır. Bu barədə Avtosfer.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Keçirilən monitorinqlər zamanı şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb. Analizlərin nəticələrinə əsasən 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Aparılan araşdırma və monitorinq zamanı yalnız “Okean”, “Park Palace”, “Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub. Hazırda digər ictimai-iaşə obyektlərində monitorinq və araşdırmalar davam etdirilir.
Fidan
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












