İnsanlar bu keçiddən keçməyə qorxur - VİDEO

Yeraltı piyada keçidi olmasına baxmayaraq yaxınlıqda yaşayan sakinlər keçiddən yox birbaşa saatda 120 kilometr sürət olan yoldan keçirlər. Avtosfer.az xəbər verir ki, sakinləri buna məcbur edən səbəb, natəmiz keçiddə işıqlandırma sisteminin olmamasıdır. Qaradağ rayonu ərazisində yerləşən bu keçiddəki mənzərəni təqdim edirik. Yüksək sürət olan avtomagistralda külli miqdarda vəsait xərclənərək yeraltı piyada keçidi inşa edilib. Ancaq baxımsızlıqdan keçid yarasız hala düşdüyündən buradan istifadə etmək müşkülə çevrilib. Bura paytaxtın Qaradağ rayonu, dəmiryolu stansiyasının yaxınlığıdır. Sakinlərin sözlərinə görə, yeraltı keçid bir neçə il əvvəl təmir edilib. Əvvəllər keçidə nəzarət olsa da sonradan baxımsızlıq üzündən keçilməz hala düşüb. Bununla yanaşı keçidin içərisi natəmiz vəziyyətədüşüb. Bu səbəbdən piyadaların bir çoxu yolun hərəkət hissəsi ilə keçmək məcburiyyətində qalırlar ki,bu da onların həyatı üçün təhlükə yaradır. Ərazidə yaşayan sakinlər deyir ki, Bakı-Qazax magistralının altında olan həmin keçidə dəfələrlə lampa alıb qoysalar da oğurlayırlar. Hətta keçidin lambirindən olan tavanını belə söküb aparıblar. Sallanmış dəmir parçaları və elektrik naqilləri də əlavətəhlükə yaradır. Sakinlərinin sözlərinə görə, həmin keçiddən 500-dən çox ailə istifadə edir. Onlar çıxış yolu kimi, keçidə təmizlik işçisinin və mühafizəçisinin qoyulmasını tələb edirlər. Məsələ ilə bağlı Avtomobil yolları dövlət agentliyindən xəzər xəbərə bildirildi ki,bir neçə dəfə həmin keçid təmizlənərək orada işqılandırma sistemi qurulub. Ancaq müəyyən şəxslər hemin keçidin işıqılandırma sistemini dağıtdığından bu kimi problemlər ortaya çıxıb. Elə buna görə də təmizlik işlərinin aparılması ilə yanaşı, keçiddə təhlükəsizlik kameraalarının quraşdırlması nəzərdə tutulur.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












