“İST Petrol”un sürücüsünə və şirkət rəhbərinə cərimə yazıldı - VİDEO

Mayın 23-də Bakı-Sumqayıt yolunda "İST Petrol"-a məxsus 90-JJ-550 qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq təhlükəli şəraitdə hərəkət etməsinin görüntüləri Avtosfer.az saytında yayılmışdı. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, görüntülərə baxış keçirilib və həmin sürücü aşkar olunub. Sürücü Bayramov Rafiq Bayraməli oğlu tibbi müayinədən keçirilib və hər hansı bir spirtli içkinin təsiri altında olmadığı aşkar olunub. Bununla belə, videogörüntüdə piyadaya yol verməməsinə görə barəsində 50 manat məbləğində inzibati protokol tərtib olunub. Avtomobilin məxsus olduğu şirkət Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən sorğuya 5 gün ərzində cavab verilmədiyinə görə şirkət rəhbəri barəsində də 150 manat məbləğində cərimə tətbiq edilib. Digər tərəfdən, həmin tarixdə sürücü iki dəfə radara düşdüyünə görə həmin xətalarla bağlı barəsində inzibati protokollar tərtib olunub.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















