Keçiddə dayanmış piyadaya görə sürücü cərimələndi: "Dayanıb yol verdik, keçmədi" - VİDEO

Piyada keçidində haqsız yerə cərimələndiyini iddia edən sürücü sosial şəbəkədə paylaşım edib. Avtosfer.az xəbər verir ki, 50-EJ-771 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü keçiddə dayanmış piyadaya görə, kamera vasitəsilə cərimə olunub. Onun sözlərini olduğu kimi təqdim edirik:
"Bu videonu bir neçə saniyə əvvəldən qoysaydılar görəcəkdik ki, piyada keçidinə yaxınlaşan zaman mən, mopedin arxasındayam və aramızda biraz məsafə var. Qarşımdakı moped piyada keçidinə yaxınlaşan zaman keçidə 5 metrdən az məsafədə saxlamış maşının qarşısında gizlənən piyadanı görür və ona yol vermək məqsədilə dayanır. Bu zaman mən də dayanıram, (yaxud dayanmaq sayılacaq qədər yavaşlayıram) lakin piyada keçməkdən imtina edərək əli ilə "siz keçin" kimi işarə verir. Biz də piyadanın keçmək istəmədiyini anlayıb hərəkətimizi davam etdiririk. Səhərisi gün isə bu görüntü ilə cərimə gəlir. Böyük ehtimal bu videodakı bütün maşınlara eyni cəriməni yazıblar. Videoya diqqətlə baxsanız görəcəksiniz ki, piyada gah arxaya çəkilir,gah yanındakı dayanmış avtomobilə tərəf addımlayır. Sanki keçmək niyyəti yox imiş kimi. Başqa bir məqam da budur ki, bu piyada, keçidə 5 metrdən az məsafədə saxlayaraq görüntünü məhdudlaşdıran maşının qarşısında dayandığı üçün, yaxınlaşmadan onu görmək haradasa qeyri-mümkün olur".
Sözügedən videonu təqdim edirik.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












