Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO

Paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 12-də axşam saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, 90-UL-711 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü piyada keçidinə yaxınlaşarkən sürəti azaltmayaraq, keçiddən istifadə edən piyadaya yol vermədən hərəkətini davam etdirib.
Eyni vaxtda hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü isə qaydalara əməl edərək dayanıb və piyadanın təhlükəsiz şəkildə yolu keçməsi üçün şərait yaradıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücülər nizamlanmayan piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, keçiddən istifadə edən və ya keçməyə hazırlaşan piyadalara yol verməlidirlər. Bu tələbin pozulması həm piyadaların həyatı üçün ciddi təhlükə yaradır, həm də inzibati məsuliyyətə səbəb olur.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












