Kənar dairəvi yolda tıxacdan yayınan sürücülər əks zolağı zəbt etdi - VİDEO

Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda bir neçə sürücünün kobud qayda pozuntusu lentə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 20-də saat 07:23 radələrində baş verib. Kadrlardan aydın olur ki, tıxacda gözləmək istəməyən 77-TX-967 dövlət nömrə nişanlı “BMW” markalı, 77-SU-597 dövlət nişanlı “Chevrolet” markalı və 77-RO-864 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobillərin sürücüləri düz xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıblar.
Nəticədə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. Görüntülərdə sürücülərin az sonra çıxılmaz vəziyyətə düşərək sağa manevr etmələri və bu zaman həmin zolaqda hərəkət edən digər avtomobillərə maneə yaratmaları əks olunub. Daha sonra isə əks istiqamətdə yolun boş olduğunu görən həmin sürücülər yenidən qarşı zolağa keçərək hərəkətlərini davam etdiriblər.
Qeyd edək ki, sözügedən ərazidə xüsusilə səhər saatlarında bu cür qayda pozuntularının tez-tez müşahidə olunduğu bildirilir.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












