Köçürmə edən şəxsə “OTP” mesajı gəlmədən balansdan pul çıxılırsa, məsulliyyəti kim daşımalıdır? – ARAŞDIRMA - FOTO

Müasir dövrdə texnologiyanın sürətli inkişafı ilə birgə insanların alış-veriş vərdişləri də ciddi şəkildə dəyişib. Artıq evdən çıxmadan, sadəcə bir neçə toxunuşla istənilən məhsulu əldə etmək mümkündür.
Avtosfer.az xəbər verir ki, bu rahatlıq və sürət isə, təbii ki, bank kartlarının və tətbiqlərin köməyi ilə mümkün olur. Ancaq bu asanlığın kölgəsində ciddi bir təhlükə də gizlənir, hansı ki, kiberdələduzluq və şəxsi maliyyə məlumatlarının oğurlanması.
Son zamanlar Azərbaycanda bir çox vətəndaş bank kartlarından icazəsiz və böyük məbləğdə vəsaitlərin çıxılması halları ilə üzləşir. Bu vəziyyət nəzərə alaraq bildirmək istəyirik ki, bəzən vətəndaşlar, adətən, bank tərəfindən göndərilən bir dəfəlik OTP (One-Time Password) təhlükəsizlik kodu vasitəsilə əməliyyatı təsdiqləyirlər. Lakin digər bir situasiyada bu kod göndərilmədən, əməliyyat avtomatik olaraq icra olunur. Məhz bu zaman suallar yaranır: Bu necə baş verir? Bu hal baş verdikdə hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı "Kapital Bankın"ın mətbuat katibi Arzu Əliyeva saytımızı açıqlamasında bildirib ki, bütün “Kapital Bank” kartlarında 3D təhlükəsizlik sistemi mövcuddur.
"Əməliyyat edilən tərəfin ödəniş sistemi 3D təhlükəsizlik sistemini dəstəklədiyi halda müştəriyə təsdiq üçün kod göndərilir. Yəni, kodun göndərilməməsi ödəniş edilən tərəflə bağlıdır. Qarşı tərəf tələb etdiyi halda və mobil operatorda heç bir çətinlik yoxdursa müştəri anında 3D təhlükəsizlik kodunu əldə edir.
Bununla yanaşı əməliyyat zamanı müştəridən SMS təsdiq kodu istənilməyən saytlarda keçən əməliyyatlar mütəmadi olaraq monitorinq olunur. Şübhəli kateqoriyasına düşdükdə isə bloklanır".
Bu hal digər bank kartlarında da baş tutu bilər. Bəzən bir toxunuş ciddi məbləğ itkisinə səbəb olur. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 25-ci maddəsində buna bənzər vəziyyət avtorizə edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatları adlandırılır.

Maddədə qeyd edilir ki, əgər vətəndaş bank və ya digər ödəniş xidməti ilə pul göndəribsə və sonradan bu əməliyyatın ondan xəbərsiz həyata keçirildiyini, ya da səhv icra olunduğunu (məsələn, səhv adama göndərildiyini) başa düşübsə, bu barədə təxirə salmadan banka və ya ödəniş şirkətinə xəbər verməlidir. Əməliyyat baş verəndən sonra ən geci 6 ay ərzində bunu etməlidir. Əgər vətəndaşa əməliyyatla bağlı düzgün məlumat verilməyibsə (məsələn, şəxsə xəbər gəlməyibsə), bu 6 ay qaydası keçərli olmur.
Bank və ya ödəniş şirkəti vətəndaşın iddiasını araşdırmalı və 5 iş günü ərzində sübut etməlidir ki, bu əməliyyatı o özü edib (yəni razılığı olub). Əgər bunu sübut edə bilmirlərsə, məsuliyyət onların üzərinə düşür.
Fidan
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO
Ramanada sürücü əks yola çıxıb maşının üzərinə sürdü - VİDEO












