Küçədə nişanlar düzgün quraşdırılmayıb? - “Dayanma icazəsi o zaman olar ki...”

Paytaxtda fəaliyyət göstərən taksiçilərinin bir çoxu müştəriləri mindirib-düşürərkən tez-tez cərimələndiklərini deyir. Sürücülərin sözlərinə görə, bu onlara həm maddi, həm də vaxt baxımından ciddi zərər vurur. Onlar digər nəqliyyat vasitələrindən fərqli olaraq, taksilərin bu qadağadan azad edilməsini istəyirlər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, taksi sürücüləri 3.27 və 3.28 nişanlarını səhv salmamalıdır:
“Dayanma-durmanı qadağan edən 3.27 və 3.28 nişanların fərqi ondan ibarədir ki, əgər 3.28 nişanının təsir zonası altında nəqliyyat vasitəsinə yük doldurub-boşaltmaq, sərnişin mindirib-düşürməyə icazə verirsə, 3.27 nişanı hər bir halda bunları qadağan edir. Yalnız nəqliyyat vasitəsini idarə edən sürücünün səhhətində problem yaranarsa, yaxud avtomobilin özündə texniki nasazlıq baş verərsə, istisna hal qüvvəyə minir.
Rusiya qanunvericiliyini nümunə çəksək, 3.27 nişanının təsiri altında olan zonalarda yalnız taksilər üçün dayanma icazəsi o zaman olar ki, həmin zonada taksilər üçün parkinq yeri mövcud olsun. Yalnız bu halda taksilər üçün 3.27 nişanının təsiri qüvvədən düşür”.
Ekspertin sözlərinə görə, paytaxt küçələrində bu nişanlar ardıcıl quraşdırılıb və bu düzgün deyil:
“Bu, taksi sürücülərinin mütəmadi olaraq cərimələnməsi ilə nəticələnir. Həmin nişanlar quraşdırılan zaman mütləq alternativləri, yəni parkinqlər və parkinqin isə bir neçə növü olmalıdır. Ən azı qiymət baxımından, onlar həm pullu, həm də pulsuz olmalıdır. Xüsusilə, müvvəqqəti saxlama üçün pulsuz parkinqlər nəzərdə tutulmalıdır”.(yeni.sabah)
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












