“Lada” və “VAZ”ı qarət etdilər, başqa cinayətlər də üzə çıxdı

Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 1-nə keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsində Bakı şəhər sakini N.Məmmədova məxsus “Lada Priora” markalı avtomobildən maqnitofonunun oğurlanması barədə 7-ci Polis Bölməsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların paytaxt sakinləri olan iki qardaş - əvvəllər məhkum olunmuş Füzuli Mustafayev və Nizami olduqları müəyyən edilib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 30-da Gəncə şəhər sakini R.Yusifova məxsus “VAZ-2106” markalı avtomobildən 200 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla şəhər sakini olan, əvvəllər məhkum olunmuş Atəş Paşayevin digər cinayət əməllərinin də üstü açılıb. Onun mayın 22-də şəhər ərazisində daha 2 avtomobildən pul, maqnitofon, videoqeydiyyat qurğusu və 15 litr yanacaq oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












