Lənkəran DYP-dən şikayət: Protokol səhv yazılıb? - FOTO - VİDEO

Lənkəran şəhər sakini ona qanunsuz protokol yazan yol patrul xidməti əməkdaşından Avtosfer.az-a şikayət ünvanlayıb. Belə ki, sürücü yanvarın 14-ü Lənkəran şəhər Fizuli küçəsində yerləşən dairəyə daxil olan zaman qaydalar çərçivəsində dairə boyunca hərəkət edən zaman həmin ərazidə xidmət aparan 10-YP-572 qeydiyyat nişanlı YPX avtomobilində xidmət aparan polis əməkdaşı tərəfindən saxlanılaraq 3 bal 60 manat məbləğində cərimə olunub. Sürücü qayda pozmadığını bildirsə də, polis əməkdaşı ona protokol tərtib edib.
Sürücü bildirir ki, onun hərəkət etdiyi yolda 4.3 dairəvi hərəkət nişanı quraşdırıldığı üçün, dairə boyunca hərəkət edən zaman digər istiqamətdən (sağ tərəfdən) gələn nəqliyyat vasitəsi ona yol verməli idi. Lakin polis əməkdaşı qayda pozan sürücüyə yox, əksinə qayda pozmayan sürücüyə cərimə yazıb.
Sürücü etdiyi şikayətlə bağlı Lənkəran şəhər Dövlət Yol Polisi şöbəsinə çağrılıb. Lakin protokol yenə də qüvvədə saxlanılıb.
Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsinin XV hissəsində qeyd olunub ki, "Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir".
Protokolun qanunsuz yazıldığını iddia edən sürücü Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən protokolun ləğv edilməsini xahiş edir.
Təbriz
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












