M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO

Redaksiyamıza M4 nömrəli ekspres avtobusun sağ zolaqdan düzünə hərəkət etdiyini əks etdirən videogörüntü daxil olub. Nəqliyyatın sıx olduğu vaxtda lentə alınan görüntülərdə yolun sağ hissəsində 5.15.1 “Zolaqlar üzrə hərəkət istiqamətləri” məlumatverici-göstərici nişanının olduğu aydın görünür. Məlum olduğu kimi, bu nişan yolun həmin hissəsində hər bir zolaqdan nəqliyyat vasitələrinin hansı istiqamətdə düzünə, sağa və ya sola hərəkət edə biləcəyini göstərir. Lakin görüntülərdə avtobus sürücüsünün nişanın tələbinə uyğun gəlmədiyi iddia edilən istiqamətdə, yəni sağ zolaqdan düzünə hərəkətini davam etdirdiyi görünür. Başqa bir sürücü tərəfindən lentə alınan görüntülərlə bağlı avtobus sürücüsünün qayda pozuntusuna yol verdiyi iddia olunur.
Bəs bu manevr həqiqətən yol hərəkəti qaydalarının pozulması hesab olunur?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Patrul.az-a açıqlama verən avtoekspert Elməddin Muradlı bildirib ki, belə hallarda avtobusların sağ zolaqdan düzünə hərəkət etməsinə icazə verilir.
“Burada hər hansı qayda pozuntusu yoxdur. Bu cür hallarda avtobusların sağ zolaqdan düzünə hərəkət etməsinə qanunla icazə verilir. Əgər marşrut xətti üzrə hərəkət sxemi bu şəkildə müəyyən edilibsə, avtobus sürücüsü məhz həmin sxemə uyğun hərəkət etməlidir”, – deyə ekspert bildirib.
Qeyd edək ki, ümumi qaydalara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitələrinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












