Marketə girmək istəyən sürücü təhlükəli manevr etdi - 77-XD-200 - VİDEO

Paytaxtın Hava limanı yolunda təhlükəli manevr edən sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 5-də saat 13:29 radələrində qeydə alınıb. Belə ki, 77-XD-200 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü marketin həyətinə daxil olmaq istəyərkən kobud qayda pozuntusuna yol verib.
Kadrlardan görünür ki, çoxzolaqlı yolda üçüncü hərəkət zolağı ilə irəliləyən sürücü birbaşa ən sağ zolağa kəskin manevr edib. O, bu zaman yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə üstünlük verməyərək görüntünü qeydə alan avtomobil üçün qəza şəraiti yaradıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü zolaq dəyişdirərkən həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə mane olmamalı və yol hərəkətinin təhlükəsizliyini təmin etməlidir. Ani və nəzarətsiz manevrlər isə ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Nərmin
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO












