Masazırda sürücü ard-arda kobud qayda pozdu - 99-FV-979 - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 23-də saat 17:36 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, sıxlıqdan yayınmağa çalışan 99-FV-979 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əvvəlcə əks istiqamətli hərəkət zolağına çıxıb. Daha sonra isə svetoforun qırmızı işığında hərəkətini davam etdirərək yolayrıcına daxil olub.
Hadisə zamanı qəza baş verməsə də, sürücünün hər iki manevri digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yarada bilərdi.
Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücülər yol nişanlarının və svetofor siqnallarının tələblərinə əməl etməli, əks istiqamətli hərəkət zolağına çıxmamalıdırlar. Əks halda inzibati məsuliyyət cəlb oluna bilərlər.
Nərmin
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO












