Maşında azyaşlıları apararkən diqqətli olun: Ölümlə nəticələnə bilər - VİDEO

Azərbaycanda sürücülərin əksəriyyəti azyaşlı uşaqları avtomobildə daşıyarkən təhlükəsizlik qaydalarına riayət etmir. Avtosfer.az xəbər verir ki, çox vaxt uşaqlar xüsusi uşaq oturacağından istifadə edilmədən avtomobilə mindirilir. Bəzi hallarda isə böyüklərin nəzarəti olmadan maşında tək oturan uşaqlar ciddi təhlükə ilə üz-üzə qalırlar.
Qaydalara əsasən, minik avtomobillərinin ön oturacağında 12 yaşına qədər uşaqlar yalnız xüsusi uşaq oturacağında daşına bilər. Arxa oturacaqda bu tələb məcburi olmasa da, qəza və ya sərt manevr zamanı uşaqlar özlərini saxlaya bilmədikləri üçün avtomobilin müxtəlif hissələrinə çırpılır və ciddi xəsarət ala bilirlər.
Təəssüf ki, ağır yol-nəqliyyat hadisələri zamanı uşaqların avtomobildən çölə atılaraq faciəvi şəkildə həyatlarını itirdikləri hallar da yaşanıb. Təqdim olunan videogörüntü belə hallardan birini əks etdirir: sürücü qarşıdakı maşına çırpılmamaq üçün qəfil tormoz verir və azyaşlı uşaq yerində dayana bilməyərək sükana çırpılır.
Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin daşınması ilə bağlı sürücülərə xəbərdarlıq edib. Qeyd olunub ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin damındakı lyukdan və pəncərədən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir. Bu cür davranışlar nəinki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından istifadə olunmadıqda ağır nəticələr qaçılmaz olur və bu hal mövcud qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır: “Unutmayın sürücülər sərnişinlərin, xüsusilə uşaqların təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyırlar. Hərəkətə başlamazdan əvvəl avtomobildəki hər kəsin təhlükəsizlik kəmərini bağladığına əmin olmaq lazımdır. Eyni zamanda azyaşlı uşaqlar çəkilərinə uyğun uşaq oturacağında və müvafiq təhlükəsizlik qurğularında daşınmalıdır.
Fərid
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
Qoşa xətdən ötmə edən sürücü maşının önünə keçib qəfil tormoz verdi - VİDEO
Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO












