Maşını düzgün park etməmisən? – CƏBHƏYƏ GET

2024-cü ildə “Axmat-Çeçenistan” polku Ukraynanın hücumu zamanı Kursk vilayətini döyüşsüz tərk etdikdən sonra Ramzan Kadırova etimad azalıb.
Avtosfer.az “Novaya Qazeta” nəşrinə istinadla xəbər verir ki, artıq bir müddətdir Çeçenistan rəhbəri etimadı doğrultmaq üçün müəyyən yollara əl atır. Bunlardan biri də “xüsusi əməliyyat” (Ukrayna müharibəsinin Rusiyada icazə verilən yeganə rəsmi adı – müəl.) üçün “könüllü” toplamaqdır. Bunun da amarqlı üsulları var.
Qəzet yazır ki, Kadırov hələ 2024-cü ilin sonlarında “Telegram”da məsələyə münasibət bildirib. Başçı güc strukturları ilə keçirdiyi müşavirədə “problemli gəncləri” müharibəyə göndərməyi tələb edib: “biz qayda pozanları dəfələrlə xəbərdar etmişik. İndi isə söhbət qısa olacaq. Ya qaydaya əməl et, ya da maksimal müddətdə həbsxanaya get. Ya da müqavilə bağla və cəsarətini düşmənə göstər”.
Bu məsələlərə nəzarət deputat Adam Dlimxanova həvalə edilib və müəyyən nəticələr də artıq var. Polis idarələrinə hər ay 25-50 nəfər “könüllü” taparaq müharibəyə göndərmək tapşırılıb. Belə “könüllüləri” isə Çeçenistanda tapmaq çox asandır: avtomobili düzgün park etməyən, texniki baxışdan keçməyən və ya sığortasız nəqliyyat vasitəsi idarə edənlərin, ya da küçədə kiminləsə mübahisə edənin “könüllü” olması bir neçə dəqiqəlik işdir.
Vüqar
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












