Maşını harada gəldi saxlayan sürücülər: Biri piyadaların yolunu kəsdi, digəri sürücülərin.. - FOTO

Paytaxtın Yasamal rayonu, Əhməd Cəmil küçəsində xəta törədən sürücülər görüntülənib.
Xoşagəlməz mənzərəylə bağlı izləyicilərdəm biri Avtosfer.az-ın “İnstagram” ünvanına fotoşəkillər göndərib. Belə ki, 77-FP-187 dövlət nömrə nişanlı “Toyota Prius” markalı və 10-DD-554 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri dayanma-durma qaydalarını pozublar. Fotoşəkildən göründüyü kimi, onlardan biri maşını səkidə park edərək piyadaların yolunu kəsib. Digər sürücü isə maşını yolayrıcında saxlayaraq nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədib. Eyni zamanda ərazidə dayanma və durmanı qadağan edən nişan mövcuddur. Şikayətçi uşaq arabasıyla ərazidən keçərkən çətinlik yaşadığını bildirib.
Qeyd edək ki, qanunvericiliyə görə, sürücülər avtomobili yolayrıcılarından yalnız 5 metr kənarda saxlaya bilərlər. Əks halda bu, qayda pozuntusu hesab olunur.
Nərmin



Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO















