Maşınlarını dayanacağın önündə cərgəylə saxlayıb avtobusların yolunu kəsdilər - VİDEO

Maştağa-Zabrat şosesində kütləvi şəkildə qayda pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Videodan göründüyü kimi, 77-HK-015 dövlət nömrə nişanlı “Hyundai” markalı, 90-TM-333 “Changan” markalı və 10-EF-017 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillərin sürücüləri avtobus dayanacağını zəbt ediblər. Belə ki, maşınlarını cərgəylə dayanacağın önündə saxlayan sürücülər avtobusların yolda dayanaraq sərnişin mindirib-düşürməsinə səbəb olublar. İzləyicinin sözlərinə görə, bu hal, digər avtomobil sürücülərinin narazılığına da səbəb olub. Onlar avtobusların yolda saxlamasını hərəkətin məhdudlaşdırılmasına gətirib çıxardığını irad olaraq sürücülərə bildiriblər.
Qeyd edək ki, qayda pozan sürücülər sükan arxasında olmayıblar.
Nərmin
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu sürücünün qanunu pozması hamıya maneə yaratdı - 99-QB-873 - FOTO+VİDEO
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO











