Mədəniyyətsiz sürücü maşını ortalıqda saxlayıb başqalarının yolunu bağladı – VİDEO

Paytaxtda yerləşən Mərkəzi Klinik xəstaxanın ödənişli parkinqində sürücülərdən birinin üzləşdiyi vəziyyət narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı məlumat verən sürücünün sözlərinə görə, o, avtomobilini parkinq ərazisində qaydalara uyğun şəkildə saxlayıb. Lakin geri qayıdaraq avtomobilinə minmək istədikdə çıxışının başqa bir nəqliyyat vasitəsi tərəfindən bağlandığını görüb.
Belə ki, "Mercedes" markalı, 88-BG-091 nömrə nişanlı avtomobil onun nəqliyyat vasitəsinin arxasında dayanaraq hərəkət etməsinə mane olub.
Sürücü bildirib ki, 50 dəqiqədən artıqdır avtomobilin sahibini gözləyir. Onun sözlərinə görə, məsələ ilə bağlı parkinqdə fəaliyyət göstərən mühafizə xidmətinə də məlumat verilib, lakin həmin müddət ərzində avtomobilin sürücüsünü tapmaq mümkün olmayıb.
Hadisədən narazılığını ifadə edən sürücü qeyd edib ki, parkinq ərazisində boş yerlər olduğu halda digər avtomobilin məhz onun nəqliyyat vasitəsinin qarşısını kəsəcək şəkildə saxlanılması anlaşılan deyil.
Qeyd edək ki, nəqliyyat vasitəsinin digər avtomobilin hərəkətinə mane olacaq şəkildə saxlanılması sürücülər arasında tez-tez narazılıq yaradan hallardan biridir və bu cür davranışlar həm vaxt itkisinə, həm də nəqliyyatın hərəkətində problemlərə səbəb olur.
Eltac Zülfüqaroğlu
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












