Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO

Son günlər sürücülər üçün ən actual mövzulardan biri məhz sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlıdır. Taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücü pozduğu qaydalardan dolayı yığılan cərimə balları, eləcə də digər nüanslarla əlaqədar sürücülük hüququndan məhrum edilir. Bunun həm səbəbləri, həm də sürücülük hüququnun yenidən bərpası mövzusu yeni sürücülər üçün hələ də müəmmalı qalır.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı qanunvericiliyin tələblərini sürücülərə izah edib. O bildirib ki, sürücülük hüququ 5 halda məhdudlaşdırılır:

“1) Sürücü 20 cərimə balı topladıqda;
2) Sürücü sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən zaman (məhkəmənin qərarı ilə);
3) Yol nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxsin sağlamlığına yüngül, orta və ya ağır bədən xəsarətinin yetirilməsinə görə (məhkəmənin qərarı ilə);
4) Cərimə məbləğini 3 ay müddətinə ödəmədikdə (məhkəmənin qərarı ilə);
5) Avtoxuliqanlıq edən zaman (məhkəmənin qərarı ilə).
Sürücülük vəsiqəsi məhdudlaşırıldıqdan sonra sürücülər bir çox hallarda vəsiqəni özlərində saxlayırlar. Düşünürlər ki, 6 ay keçəndən sonra yenidən öz avtomobillərini idarə edə biləcəklər. Amma bu, yanlış addımdır. Vəsiqə sürücünün özündə qaldığı halda məhdudlaşdırılma müddəti heç bir halda hesablanmır.
Bu məsələ “Yol-patrul xidməti haqqında Təlimat”ın 9-cu bəndində belə izah edilir. Mən bu bənddən vacib hissələri diqqətinizə çatdıracam.
“Yol-patrul xidməti haqqında Təlimat” 9.6-cı bəndində qeyd olunub ki, "sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildiyi gündən 3 iş günü müddətində hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini müvafiq DYP orqanına təqdim etməlidir. Sürücülük hüququnun məhdudlaşdırılması müddətinin hesablanması üçün DYP orqanı tərəfindən BDYPİ-nin mərkəzi informasiya sistemində qərar qəbul edildiyi gün müvafiq qeyd aparılmalıdır".
Sual yaranır ki, bəs məhdudlaşdırılan sürücülük hüququnu necə bərpa etmək oalr? Bu, çox vaxt taksi sürücülərinin başına gəlir. Məsələn, avtobus zolaqları yeni təşkil edildiyi vaxtda bəzi sürücülər zolağa daxil oldu, buna görə 100 manat və 3 balla cərimələndi. Yaxud da 2-ci zolaqda saxlayıb müştəri mindirib düşürdükləri zaman 80 manat və 2 balla cərimə edildilər. belə olan halda ballar yığıldı və sürücülük hüququ məhdudlaşdırıldı. Bu zaman həmin sürücü məhkəməyə müraciət edərək bütün fəaliyyətinin, qazancının məhz bu maşın üzərindən olmasını göstərməlidir. Artıq geri qalan hissəsi hakimin humanistliyindən asılıdır. Bəzi hallarda hakimlər 6 aylıq müddəti 3-4 aya qədər endirə bilirlər”.
Elməddin Muradlının canlə yayımdan həmin videosunu sizə təqdim edirik:
Səfər
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












