Montindəki bu küçədən geriyə dönməyin! Kameralar çəkir – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! – VİDEO

Artıq uzun müddətdir ki, Bakının bəzi küçə və prospektlərində sürücülərin qaydaları kobud şəkildə pozaraq manevrlər etməsi hərəkətin digər iştirakçılarına çətinliklər yaradır. Belə halların davamlı təkrarlanması isə bəzən qəzalarla nəticələnir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nərimanov rayonunda sürücülər özləri üçün dairə düzəldib və yolun həmin hissəsində geriyə dönmə əməliyyatı yerinə yetirirlər.

Belə ki, rayonun Ağa Nemətulla küçəsinin Çernyayevski küçəsi ilə kəsişməsində həm yerdə, həm də yol nişanında sürücülərə yalnız düzünə və sağa, yəni Çernyayevski küçəsinə dönməyə icazə verilir. Lakin sürücülər həm kəsişmədə həm Montin qəsəbəsi adlanan ərazidən gəlib Çernyayevski küçəsinə dönərkən, eləcə də Çernyayevski küçəsindən sola, yəni Heydər Əliyev prospektinə doğru dönməkdə çətinlik çəkirlər. Buna səbəb isə Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki tuneldən çıxan sürücülərin qaydaları kobud şəkildə pozmasıdır.

Sürücülərin bir çoxu prospektlə kəsişmədəki tunelə dərhal, benzinə və vaxta qənaət edərək qayıtmağa çalışdıqları üçün ya Çernyayevski küçəsi ilə kəsişmədən, ya da bir az irəlidəki supermarketin qarşısından qaydalara zidd şəkildə manevr edirlər. Yolun kənarında isə Çernyayevski küçəsilə kəsişmədən sonra belə geriyə dönmənin qadağan olduğunu göstərən nişan yerləşdirilib. Nəqliyyat vasitələrinin idarəçiləri isə həmin yol nişanının önünü ağacların örtdüyünü bildirir. Bütün bunların nəticəsi kimi də bu küçədə tez-tez qəza şəraiti yaranır, bəzi hallarda piyadaların həyatı belə təhlükə altına düşür. Məhz bu səbəbdən Nərimanov rayonundakı həmin ərazidən geriyə dönən sürücülər 40 manat məbləğində cərimə olunur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə küçədə yaranan vəziyyətlə bağlı sorğu göndərdik. Qurumun mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, Ağa Nemətulla küçəsindəki yol kəsişməsində vaxtı ilə kustar üsulla asfalta çəkilən dairə cizgisi Agentlik tərəfindən təşkil edilməyib:

“Uyğunsuzluq aradan qaldırılmışdır və həmin yol kəsişməsində hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib. Sürücülər də hərəkətdə olarkən ərazidə quraşdırılan yol nişanlarının tələblərini rəhbər tutmalıdırlar”.
Məsələnin aktuallığını nəzərə alaraq, əməkdaşımız Ağa Nemətulla küçəsinin qeyd olunan hissəsindəki vəziyyətlə bağlı çəkiliş edib.
Həmin videonu sizə təqdim edirik:
Səfər
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO












