Mopedi qeydiyyatdan keçirməyən sürücülər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA

Mart ayının 26-dan etibarən mopedlrlə bağlı qanunda dəyişiklik qüvvəyə mindi. Dəyişikliyə əsasən, hər bir mopedin dövlət nömrə nişanı olmalı və sürücünün nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır. Lakin qanun qüvvəyə minsə də, bu gün istər paytaxtda, istərsə də bölgələrdə nömrəsiz moped və motosikletlərə, hələ də rast gəlmək mümkündür.
Digər tərəfdən, diqqət etsək, görərik ki, belə nəqliyyat vasitələrinin konstruksiyalarına müdaxilə də edilir, səsboğucu deşilir və xüsusi xorultulu səs effekti yaradılır. Vətəndaşlar isə artıq bu vəziyyətdən ciddi şəkildə narazıdır. Onları narahat edən isə, qüvvyə minən qanuna necə nəzarət olunmasıdır. Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvin Haciyev Avtosfer.az-a açıqlamasında bildirib ki, moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, onların digər hərəkət iştirakçıları kimi üzərlərinə düşən məsuliyyəti dərk etmələri və qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədilə normativ-hüquqi bazada dəyişikliklər edilib.

“Dəyişikliyə əsasən, 2026-cı il martın 26-dan etibarən moped idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur. Bu barədə məlumat media subyektləri və sosial şəbəkələr vasitəsilə moped və motosiklet idarə etmək istəyən şəxslərin diqqətinə çatdırılıb. Həmçinin sürücülərə qeydiyyatda olduqları ərazi üzrə imtahan-qeydiyyat məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunub. Lakin bəzi hallarda sürücülərin dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsini idarə etdiyi, mühərrikin səs gücünü artırmaq məqsədilə işlənmiş qazların xaricetmə sisteminə normativ tələbləri pozaraq əlavə avadanlıqlar quraşdırdığı və ya dəyişiklik etdiyi müşahidə edilir".
Elvin Hacıyev qeyd edib ki, belə hallar inzibati məsuliyyət yaradır və aşkarlandığı təqdirdə həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bir daha moped və motosiklet sürücülərinə müraciət olunaraq, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə edilib.
Fatimə Dadaşova
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












