Nazirlik heyvana qarşı amansızlıq edən sürücü haqda açıqlama yaydı

Sosial şəbəkədə şəhərin küçəsində iribuynuzlu heyvanın xırda tutumlu yük maşınının arxasına bağlanaraq sürüdülməsi ilə bağlı yayılan videoyla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama yayıb. Avtosfer.az xəbər verir ki, nazirliyin açıqlamasında qanun pozucusunun İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə (Heyvanlarla rəhmsiz rəftar edilməsi) əsasən cərimə oluna biləcəyi qeyd edilir.Sözügedən hadisə ilə bağlı artıq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 10-LO-913 dövlət nömrə nişanlı “Qazel” markalı maşının sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, o İnzibati Xətalar Məcəlləsinin 290.1.2.-ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, qanunamüvafiq qaydada inzibati işə bir qurum tərəfindən baxılıb qərar çıxarıla bilər, bu halda isə qanun pozucusu barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tədbir görülüb.
ETSN vətəndaşları istər vəhşi heyvanlarla, istərsə də ev heyvanlarıyla qanunvericiliyin tələblərinə uyğun davranmağa, onlarla mərhəmətli olmağa və zorakılığa yol verməməyə çağırır.
Fərid
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO











