"Ölkəmizdə səki anlayışından xəbəri olmayanlar var" – EKSPERT TƏNQİD ETDİ - FOTO

Paytaxtda və bölgələrdə nəqliyyat axınının intensivləşməsi, avtomobil sayının sürətlə artması, eləcə də bəzi sürücülərin məsuliyyətsiz davranışları dayanma-durma qaydalarının pozulması hallarının artmasına səbəb olur. Bu cür qayda pozuntuları təkcə nəqliyyatın hərəkətinə mane olmur, həm də digər sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır.
Xüsusilə, avtobus dayanacaqları, səki kənarları, keçidlər və yolun dar hissələrində qaydaların pozulması ictimai nəqliyyatın işini çətinləşdirir, tıxacların yaranmasına səbəb olur və qəza riskini artırır. Problemin miqyası gündən-günə böyüdüyü üçün bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac yaranır.
Son zamanlar dayanma-durma qaydalarının pozulması halları niyə bu qədər artıb? Qurumlar bu məsələnin həlli üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlmasında bildirib ki, dayanma-durma qaydalarının pozulması ilə bağlı halların artması bir neçə amillə bağlıdır:

“Birincisi, parklanma üçün kifayət qədər yerimiz, məkanımız yoxdur. Bakının demək olar ki, ən gəzməli, görməli yerləri, istirahət edilməli yerləri, restoranları, əyləncə mərkəzlərinin hamısı, demək olar ki, 90%-i mərkəzdə yerləşir. Bütün nəqliyyat vasitələrinin sahibləri də buna görə mərkəzə gəlməli olur. Nəticə etibarilə, parklanma problemi yaşanır.
Bəzən insanlar da parklanmağa pul ödəməmək üçün maşınları harda gəldi saxlamağa çalışırlar. Məhlələrə gedirlər və yaxud da səkilərdə, dayanma-durma qaydalarının olmadığı yerlərdə saxlayırlar.
Bəzilərinin ümumiyyətlə məlumatı yoxdur ki, piyada keçidindən neçə metr qalmış, zebraya 5 metr qalmış maşın saxlamaq olmaz. Yol ayrıcına 5 metr qalmış maşın saxlamaq olmaz. Səki anlayışından xəbərsiz insanlar var. Yəni, bu, çox təəssüf doğuran bir haldır, təəssüf ki, amma var”.
Ekspert əlavə olaraq qeyd edib ki, parklanmağa, dediyim kimi, pul ödəmək istəməyən insanlar var və onlar da məhəllələrə, səkilərə, gözdən-könüldən uzaq küçələrə, yollara daraşıblar:
“Əlbəttə, o küçə yollar alternativ yol kimi istifadə olunur. Sadəcə, bunlar yerləri zəbt edirlər. Bir də görürsən süni sıxlıq yaranır. Parklanma yerlərində yer olduğu halda, adam pul vermək istəmir.

İndi qanunvericiliyə kifayət qədər sərt tələblər qoyulub. İkinci cərgədə saxlamağın cəzası ağırlaşıb. Səkidə dayanmağa görə cəza ağırlaşıb. Avtobus dayanacağında və yaxud da dayanacağa 15 metr qalmış saxlamağın cəza ağırlaşıb.
Piyada keçidinə və yol ayrıcına 5 metr qalmış saxlamaq cəzası ağırlaşıb. Çünki artıq həm də bal nəzərdə tutulur. Yəni, bu qayda pozuntularına görə əlavə 2 bal nəzərdə tutulur.
Əvvəl sadəcə cərimə idi, 20 manat. Müəyyən nəticələr var əslində. Sadəcə, dediyim kimi, yer məhdudiyyəti var və yaxud da düzgün planlaşdırılmayan səfərlər var. Bu baxımdan, bax, belə bir nəticə alınır”.

Eltac Zülfüqaroğlu
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












