Onlar gələcəyin sağlam polisi, sürücüsü və piyadası olacaq – VİDEO-FOTO

Nizami rayonunda yerləşən 10 saylı orta məktəbdə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi və Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Diqqət uşaqlar" təhlükəsizlik aylığına həsr edilmiş maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə qeyd edilən idarələrin məsul əməkdaşları, həmçinin məktəbin rəhbərliyi, şagird və valideynlər iştirak ediblər.Tədbirdə şagirdləri maraqlandıran suallara cavab verilib, eləcə də yol nişanlarının əhəmiyyəti, mənası və yol hərəkəti təhlükəsizliyinin tələbləri diqqətə çatdırılıb. Əsasən yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə yol hərəkəti təhlükəsizliyinə aid suallara düzgün cavab verən məktəblilərə hədiyyələr təqdim edilib.
Məktəbin direktoru Leyla Məmmədova bildirib ki, bu cür tədbirlərin orta məktəblərdə keçirilməsi uşaqlarda yol hərəkəti mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, bu günün orta məktəb şagirdi, sabahın sürücüsü, piyadası, sərnişini və ümumiyyətlə yol hərəkəti iştirakçısı olacaq. Direktor qeyd edib ki, şagirdlərin məktəbdə öyrəndikləri biliklər və yol hərəkəti qaydaları həmin zaman onların köməyinə gələcək.
Daha sonra çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, rəhbərliyin göstərişi ilə orta məktəblərdə bu cür maarifləndirmə tədbirləri mütamadi olaraq keçirilir. Görüşlərdə iştirak edən şagirdlərin yol hərəkəti qaydaları üzrə bilik və bacarıqları artırılır. V.Əsədov qeyd edib ki, son illər bu istiqamətdə keçirilən tədbirlər və görüşlər öz müsbət nəticəsini verir. Hazırlıqlı uşaqların sayı artır və bu da polis əməkdaşlarını ürəkdən sevindirir.
Daha sonra 1 saylı Gənclər və İnkişaf Mərkəzində davam edən tədbirdə balaca yol polisləri müxtəlif səhnəciklər nümayiş etdiriblər. Onlar həmyaşıdlarına yol hərəkəti qaydalarını mükəmməl mənimsəməyi tövsiyyə ediblər, həmçinin böyükləri də bu qaydalara riayət etməyə çağırıblar.
Orxan
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO
Yol polisi Lənkəranda narkotik istifadə edən sürücüləri aşkarladı - FOTO






























