Piyadalar belə maşınlara yol verməlidir – Qanun tələb edir

Sosial şəbəkələrdə 10 AA 025 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün guya kobud qayda pozuntusuna yol verməsini əks etdirən video və məlumat yayılıb. Qeyd olunur ki, həmin avtomobilin sürücüsü qarşı yola çıxır və piyada keçidində piyadaya yol vermir. Avtosfer.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, həmin görüntülər Daxili İşlər Nazirliyinin Təhlükəsiz şəhər kamerasinda da qeydə alınıb. Lakin videodan aydın olur ki, həmin avtomobil qarşı yola çıxarkən qırmızı və göy sayrışan işıqlardan istifadə edib. Operativ nəqliyyat vasitəsi sürücüsünün isə xüsusi səs siqnalı, göy və qırmızı sayrışan işıqlardan istifadə edərək qayda pozmasına qanunla da icazə verilir”. Videonu yayanlar iddia edir ki, sürücü piyada keçidində olan piyadalara da yol vermir. Lakin “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsində piyadanın vəzifələri sadalanır və 7-ci bənddə qeyd olunur ki, piyada qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar).
İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində isə piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə nəzərdə tutulur. 338.1.3-cü maddədə qeyd olunur ki, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə piyada 20 manat məbləğində cərimə edilir. Belə olduqda isə həmin sürücünü ittiham etmək doğru olmazdı. Videoya da diqqətlə nəzər saldıqda görürük ki, avtomobil aşağı sürətlə hərəkət edir və sürücü təhlükəsizlik qaydalarını qorumaqla qaydalardan kənara çıxır.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












