Polisə dostunun vəsiqəsini göstərdi, yalanı üzə çıxdı: 1100 manat cərimələndi – VİDEO

Türkiyənin Bursa şəhərində keçirilən yol polisi yoxlaması zamanı maraqlı hadisə yaşanıb.
Avtosfer.az xəbər verir ki, nəzarət zamanı saxlanılan Sinan Koçun (adlar şərtidir) avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən edilib.
Sinan Koç polis əməkdaşlarına dostuna məxsus sürücülük vəsiqəsini təqdim edərək vəsiqədəki fotoşəklin ona aid olduğunu və “şəkildəki görüntünün onun köhnə halı” olduğunu iddia edib. Lakin polis əməkdaşları qısa müddətdə sənədin sürücüyə məxsus olmadığını aşkarlayıb və yalan üzə çıxıb.
Araşdırma nəticəsində Sinan Koçun ümumiyyətlə, sürücülük vəsiqəsinin olmadığı məlum olub. Buna görə də o, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə 18 min 677 türk lirəsi (təxminən 1100 manat) məbləğində cərimələnib.
Bundan əlavə, qayda pozuntusuna görə sürücünün idarə etdiyi avtomobil cərimə meydançasına aparılaraq müvəqqəti olaraq saxlanılıb.
Hadisə bir daha göstərir ki, yol polisi yoxlamaları zamanı yanlış məlumat vermək və sənəd saxtakarlığı etməyə cəhd həm cərimənin ağırlaşmasına, həm də əlavə hüquqi məsuliyyətə səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO
Avtomobilin qarşısını kəsən sürücü qoşa xətdən dönüb qaydaları pozdu - VİDEO
Avtobus zolağı olmayan yolda sürücüyə cərimə yazıldı - VİDEO












