"Prado" radara düşdü, protokol "Jiquli"yə göndərildi - FOTOFAKT

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbə sakini Ağababa Rəhimov ünvanına gələn inzibati protokoldan təəccüblənib. Bu barədə Avtosfer.az-a müraciət edən vətəndaş deyir ki, ona gələn MMX 7787848 nömrəli protokola idarə etdiyi VAZ 2105 markalı, 10 FG 836 dövlət nömrə nişanlı avtomobili ilə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 253-cü km-də radara düşdüyü qeyd olunub.
Amma maraqlısı odur ki, onun avtomobilinin nömrəsi və markası yazılan protokoldakı fotoda tamamilə başqa dövlət nömrə nişanı olan "Prado" markalı avtomobil var. Sürücü deyir ki, heç vaxt həmin istiqamətdə hərəkət etməyib. Həmçinin şəkildəki "Prado" da onun deyil. Çünki protokolun altında yazılan VAZ 2105 markalı avtomobili sürür.
Sürücü DYP-yə müraciət edərək məsələnin araşdırılması və həllini tapmasını xahiş edib.
Orxan Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














