Qadın sürücü ad günündə kişiləri qayda pozmağa məcbur etdi - VİDEO

Bakıda qayda pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az xəbər verir ki, Təhminə adlı sürücü doğum günü münasibətilə “Nissan” markalı avtomobilin arxa şüşəsinə “Ad günümdür. Siqnal verib sevindirin” məzmunlu elan yapışdırıb.
Kadrlardan göründüyü kimi, yazını görən bəzi sürücülər siqnal verərək onu təbrik ediblər. Qadın sürücü isə onlara siqnal verərək təşəkkürünü bildirib.
Qeyd edək ki, xanım sürücünün bu davranışı əyləncəli görünsə də, yol hərəkəti qaydalarına ziddir. Qanunvericiliyə görə, səs siqnalından istifadə yalnız iki halda mümkündür:
Yaşayış məntəqəsində yol‑nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə, digər hərəkət iştirakçılarının diqqətini təhlükə barədə xəbərdar etmək üçün;
Yaşayış məntəqəsindən kənarda - yolun təhlükəsizliyini təmin etmək üçün digər sürücüləri ötmə niyyəti haqqında xəbərdar etmək məqsədilə;
Siqnalın həyəcan, salamlaşma, təbrik və ya digər emosional məqsədlərlə verilməsi qadağan olunur və inzibati məsuliyyətə səbəb olur.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 329.3‑cü maddəsinə əsasən, səs siqnalından lüzumsuz istifadə edən sürücülər üçün 30 manat məbləğində cərimə tətbiq olunur.
Bu qayda piyadaların və digər sürücülərin narahatlığını azaltmaq, yol təhlükəsizliyini yüksəltmək və səs‑küy səviyyəsini minimuma endirmək məqsədi daşıyır.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












