Qapalı yerdə maşında yatmaq ölümlə nəticələnə bilər - EKSPERT

Son illərdə avtomobildə gecələmə və uzun yol dayanmalarında maşının içində yatmaq bir vərdişə çevrilib. Bir çox sürücü üçün bu, gündəlik həyatın bir hissəsi kimi görünə bilər, amma eyni zamanda ciddi təhlükə daşıyan bir vərdişdir. Mühərriki işlək vəziyyətdə buraxaraq qapalı məkanda qalmaq, havalandırma sisteminə diqqət etməmək və ya avtomobilin texniki vəziyyətini nəzərə almamaq bir sıra risklər yaradır.
Avtosfer.az xəbər verir ki, bu vəziyyət çox vaxt gözlənilməz və görünməz təhlükələrlə nəticələnir. İnsanlar əsasən riskin mövcudluğunu düzgün qiymətləndirmədikləri, texniki tələbləri nəzərə almadıqları və ətraf mühit şəraitini düzgün qiymətləndirmədikləri üçün təhlükəyə düşürlər.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfe.az-a açıqlamasında bildirib ki, mühərrikin işlək vəziyyətdə olması və havalandırma sisteminin düzgün tənzimlənməməsi ciddi problemlər yarada bilər:
“Yəni, tənzimləmə normal və düzgün aparılmadıqda təbii ki, risk mövcuddur. Bu proses qapalı zonada baş verdikdə məsələn, qarajda və ya zirzəmidə təhlükə daha da artır, çünki belə məkanlarda oksigen çatışmır. Avtomobilin ixrac etdiyi zəhərli qazlar havalandırma sistemi vasitəsilə salona daxil olur və nəticədə zəhərlənmə baş verə bilər. Sürücü və sərnişin bunu hiss etmir, artıq vəziyyət kritik həddə çatır və ölüm riski yaranır. Nadir hallarda kimsə vaxtında müdaxilə edərək insanları havaya çıxarır və həkimə çatdırır, amma əksər hallarda bu hadisələr ölümlə nəticələnir. Buna görə də tövsiyə olunur ki, qapalı zonada mühərrik işlək vəziyyətdə buraxılaraq yatmağa cəhd edilməsin. Nəinki yatmaq, hətta oturub söhbət etmək də risklidir. Təəssüf ki, bəzi insanlar bu riski nəzərə almadan belə hərəkət edir və acı nəticələrlə üzləşirlər. Məsələn, insanlar qarajda və ya qapalı zonada, havanın çox isti və ya soyuq olmasından qorunmaq məqsədilə maşında oturur və söhbət edirlər. Bu zaman mühərrik işlək vəziyyətdədirsə, zəhərlənmə baş verir, amma onlar bunu hiss etmirlər. Görünməz ölüm insanı elə yerdə yaxalayır ki, xəbəri də olmur. Birdən-birə uyuşma, mürgüləmə və nəticədə ölüm baş verir. Ona görə də mühərriki qapalı zonalarda işlək vəziyyətdə saxlamaq qəti şəkildə qadağandır. Açıq ərazilərdə isə, əgər mühərrik işlək vəziyyətdədirsə, havalandırma sisteminə diqqət yetirmək və pəncərə şüşələrini müəyyən qədər açıq saxlamaq mütləqdir”.
Nurcan Babək
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












