Qayda bilməyən sürücülər belə “maarifləndirilir”

Azərbaycanda təəssüf ki, bir çox sürücünün yol hərəkəti fəlsəfəsi belədir: filan yerdə radara düşmdüşəm, kamera çəkib, ya da polis cərimələyib.
Bundan sonra sürücü həmin ərazi üçün keçərli olan yol hərəkəti qaydasını bilir və əməl edir.
Lakin zaman və yollar dəyişir. Eyni qayda konkret məkan üçün əbədi qüvvədə olmur. Qayda bilməyən sürücüləri də pis vəziyyətə salan məhz budur.
Belə yerlərdən biri Lökbatanın mərkəzindəki 28 May küçəsindədir. “Cırtdan” uşaq əyləncə parkı ilə “Qaradağ” şadlıq sarayı arasındakı hissədə şəhər istiqamətində dayanmaq və durmaq qadağandır.
Yolda müvafiq nişanlar da quraşdırılıb. Bu hissədə adətən yolötən manatlıq taksilər dayanıb sərnişin götürür.
Qayda pozanları isə kamera öndən deyil, arxadan çəkir. Kamera uzaqda olduğundan onu görmək də mümkün deyil. 2 manatlıq sərnişin götürən sürücü 2 dəqiqə sonra səhvini anlayır və bir daha burada dayanmır.
Ərazidə dayanma-durmanı qadağan edən nişanı və yerdəki sarı xətti görə-görə sərnişin götürən sürücünün cərimələnməsi normaldır.
Bəzən də belə olur ki, arxadan avtobus və ya yük maşını gəldiyi üçün kamera qayda pozan maşını “görmür”. Növbəti dəfə eyni hərəkəti təkrarlayan sürücüyə cərimə gəldikdə isə o, vəziyyəti başa düşmür.
Bəzi gənclər isə sürücüləri bu naşılığına görə “tərbiyə edirlər”. Onlar qəsdən sarı xətt çəkilmiş ərazidə durub manatlıq taksi “ovuna çıxırlar”. Sonra isə öz aralarında həftə ərzində neçə sürücünü radara saldıqlarını deyib fəxr edirlər. Hətta bir neçə nəfər bu əməlinə görə döyülüb. Söyülən sayı isə naməlumdur.
Bu trendi polisin təşkil etməsi inandırıcı deyil və etməsinə də ehtiyac yoxdur. Lakin gənclərin bu davranışı hüquq-mühafizə orqanlarının nüfuzuna xələl yetirir. Bir çox sürücü elə bilir ki, oyunbazlığı polis təşkil edib.
Hər bir halda fakt budur ki, bu cüvəllağı təfəkkürlü şəxslərin toruna yalnız qayda bilməyən sürücülər düşür.
Vüqar Yaşaroğlu
Rusiyada sürücülərlə bağlı yeni qaydalar tətbiq olundu
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanıldı - FOTO - VİDEO
Qırıq xətti gözləməyə səbri çatmayan sürücü bütöv xətdə ötmə etdi - VİDEO
Zağulba yolunda velosiped zolağını parkinqə çevirdilər – ETİRAZ - VİDEO
Bakıda sürücü təcili yardımın arxasına sığınıb qaydaları pozdu - VİDEO
Bakıda "qırmızı"da keçən avtomobil zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Əks yolda ötmə edən sürücü qarşıdan gələn maşını yoldan çıxartdı - VİDEO
Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO
Bu yolda tıxac belə yaranır - 3 zolağı 4 edənlər, təcili yardıma yapışanlar - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO










