Qəfil zolaq dəyişən sürücü azyaşlıların olduğu avtomobilə təhlükə yaratdı - VİDEO

Sədərək yolunda qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 18-də saat 15:12 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, taksi fəaliyyəti ilə məşğul olan 77-LM-613 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sağa manevr edib. Bu zaman həmin zolaqda hərəkət edən digər nəqliyyat vasitəsi üçün qəza təhlükəsi yaranıb.
Görüntünü qeydə alan sürücü tormoz verərək qəzadan son anda yayınıb.
Şikayətçi bildirib ki, hadisə zamanı avtomobildə azyaşlı övladları da olub və baş verən təhlükəli vəziyyət onların ciddi şəkildə qorxmasına səbəb olub.
Qeyd edək ki, sürücülər manevr etməzdən əvvəl mütləq yol vəziyyətini qiymətləndirməli, güzgülər vasitəsilə digər nəqliyyat vasitələrinin mövqeyini nəzərə almalı və yalnız təhlükəsiz şəraitdə istiqamət dəyişməlidirlər.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












