Qəzaya düşən qohumuna köməyə gələn sürücü adam öldürdü - Piyadanı vurub

Lənkəran rayonunda bir-biri ilə əlaqəli iki yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, birinci hadisə Lənkəran-Lerik yolunda, Dəvrədibi kəndi ərazisində baş verib. "VAZ-2106" markalı avtomaşın Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər Lənkəran sakini, bir nəfər Zəngilan rayon sakini xəsarət alıb. Sərnişinlərdən biri hadisə ilə əlaqədar olaraq Lənkərandakı yaxınına zəng vuraraq kömək istəyib. "VAZ-2107" markalı avtomaşınla köməyə gələn Şağlaküçə kənd sakini yolda piyadanı vurub. Nəticədə ağır xəsarət alan 54 yaşlı Şükürov Əliməmməd İlyas oğlu sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, dünyasını dəyişib. Digər üç yaralı da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












