Qəzaya şərait yaradan sürücülər məsuliyyətə cəlb olunmalıdırlar? - VİDEO

Yol hərəkəti zamanı bəzi sürücülərin təhlükəli manevrləri qəza ilə nəticələnməsə belə, digər hərəkət iştirakçılarını ciddi risk altında qoyur.
Baku TV-nin məlumatına görə, nəticədə qəza qaçılmaz olur, hadisəyə səbəb olan isə heç nə olmamış kimi yoluna davam edir.
Mütəxəssislər hesab edirlər ki, belə halların hüquqi qiymətləndirilməsi yol hərəkətinin təhlükəsizliyi baxımından vacibdir. Nəqliyyat eksperti Samuran Səmədbəyli bildirib ki, bəzən sürücülər qəfil zolaq dəyişir, təhlükəli manevrlər edir və ya yol vermirlər.
Nəticədə isə toqquşma baş verir: "Ancaq qəza anında həmin sürücü yol-nəqliyyat hadisəsinin birbaşa iştirakçısı olmur. Yəni avtomobili heç bir toqquşmaya məruz qalmadığı üçün səbəbkar olduğu halda hadisə yerini tərk edir. Belə halların qarşısını almaq üçün ilk növbədə, şəhərdaxili müşahidə kameralarından daha effektiv istifadə olunmalıdır. Əgər araşdırma nəticəsində müəyyən edilərsə ki, qəza məhz həmin sürücünün qanunsuz hərəkəti nəticəsində baş verib, o da məsuliyyətə cəlb edilməlidir. Çünki yol hərəkəti qaydalarını pozmaqla təhlükəli vəziyyət yaradan şəxs qəzanın baş verməsində səbəbkar hesab olunur".
Ekspert onu da qeyd edib ki, belə hallar ciddi şəkildə araşdırılmalı, hətta toqquşmaya səbəb olan sürücü dəymiş ziyanı da ödəməlidir: "Əsas məqsəd odur ki, heç bir sürücü "heç kimə toxunmadım, deməli, məsuliyyət daşımıram" düşüncəsində olmasın. Əgər onun qayda pozuntusu başqa hərəkət iştirakçılarının qəza etməsinə səbəb olubsa, bu əməl mütləq hüquqi qiymət almalıdır".
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












