“Range Rover”lə sürət “şou”su: Piyada bir addımlıq ölümdən döndü - VİDEO

Sumqayıt şəhəri, Sülh küçəsində kobud qayda pozuntusu qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 17-də saat 22:19 radələrində baş verib. Görüntülərdə piyadanın işıqforun yaşıl işığında piyada keçidindən hərəkət etdiyi görünür. Bu zaman “Range Rover” markalı avtomobilin sürücüsü nə işıqforun tələbinə, nə də yolu tamamlamağa çalışan piyadaya məhəl qoyaraq yüksək sürətlə hərəkətini davam etdirib.
Xoşbəxtlikdən piyada son anda geri çəkilərək faciənin qarşısını ala bilib.
Qeyd edək ki, piyadalara yol verməmək və işıqforun qadağanedici siqnalında hərəkət etmək ən təhlükəli qayda pozuntularından hesab olunur. Belə hallarda bir neçə saniyəlik məsuliyyətsizlik insan həyatını təhlükə altına ata bilər. Sürücülər sükan arxasında daha diqqətli olmalı, xüsusilə piyada keçidlərinə yaxın ərazilərdə sürət həddinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidirlər.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












