Rusiyada cərimələrlə bağlı yeni təklif – AZƏRBAYCANA DA TƏSİR EDƏ BİLƏR

Rusiya hökuməti yol hərəkəti qanunvericiliyinə yeni dəyişiklik etmək istəyir.
Avtosfer.az xəbər verir ki, yeni layihədə xarici nömrə nişanlı avtomobillər üçün qayda pozuntularına görə cərimələrin ödəmə müddətinin 60 gündən 1 sutkaya endirilməsi təklif olunur. Bu müddət tamam olduqda avtomobilin saxlanılması nəzərdə tutulur.
Qanun layihəsi sentyabrda hökumətə, 2027-ci ilin əvvəllərində Dumaya təqdim ediləcək.
Qanun qəbul edilərsə (təklif varsa, etiraz da olmayacaq – müəl.) xarici logistika şirkətlərinə də təsirsiz ötüşməyəcək. Bu xüsusda Azərbaycan da istisna deyil. Rusiya yollarında hər gün minlərlə Azərbaycan nömrəli yük avtomobili şütüyür. Kimsə 50 dollarlıq cəriməyə görə 50 min dollarlıq yükün xarab olmasını istəməyəcək.
Rusiya DİN-dən bildirilib ki, 60 günlük müddət bir çox sürücüyə cəriməni ödəmədən federasiya ərazisini tərk etməyə imkan verir. 2025-ci ildə tərtib edilmiş 500 min protokoldan cəmi 280 mini ilə bağlı müvafiq ödəniş aparılıb.
Vüqar
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












