Saxta ehtiyat hissəsi satanları cinayət və inzibati məsuliyyət gözləyir - DGK-dan AÇIQLAMA - VİDEO

Qeyri-orijinal ehtiyat hissələri bazara necə daxil olur? Maraqlı sualdır. Bu cür məhsulların yoxlanışına dair gömrük proseduru, məhsulun keyfiyyət sənədi olduqca vacib məsələdir. Amma fakt odur ki, keyfiyyətsiz və qeyri-orijinal ehtiyyat hissələrinə görə hər il nə qədər insan ziyan çəkir, qəzalar və digər hallar baş verir. Bu məhsulların ölkəyə gətirilməsinin qarşısını almaq mümkün ola bilərmi?
Məşhur brendlərin adından istifadə edərək eyni qablaşdırmada saxta məhsullar satanlar çoxalıb. Bütün bunlar isə əqli mülkiyyət hüququnun pozulmasıdır.

Dövlət Gömrük Komitəsindən idxal olunan ehtiyat hissələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi xüsusiyyətləri ilə bağlı Avtosfer.az-a bildirilib ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8.0.2-ci maddəsinə əsasən icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifəsidir: “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının və əhalinin sağlamlığının müdafiəsi, əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

Tərkibində əqli mülkiyyət hüquqları olan mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydaları Gömrük Məcəlləsinin, o cümlədən Nazirlər Kabinetinin müvafiz “Qaydaları”nın müddəalarına əsasən tənzimlənir.
Qeyd olunan qanunvericilik aktlarına əsasən DGK gömrük nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrini aparır.
Gömrük orqanları tərəfindən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində mütəmadi qaydada gömrük nəzarətinin həyata keçirilməsi və hüquq sahiblərinin gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqlarının qorunması təmin edilir”.

Bu baxımdan hüquq sahiblərinin Dövlət Gömrük Komitəsinin tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri sisteminə müraciəti əsasında müvafiq eyniləşdirmə məlumatlarının onlar tərəfindən gömrük orqanlarına təqdim edilməsi zəruridir.
Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər.
Dövlət Gömrük Komitəsi həmçinin bildirir ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.
Səfər
Motosikleti maşınların üzərinə sürən Amin Məmmədov saxlanıldı - VİDEO - YENİLƏNİB
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO










