Səfirliyə məxsus “Audi” qəfil manevrlə qəza şəraiti yaratdı - VİDEO

Paytaxtın 8 Noyabr prospektində (şəhər istiqamətində) kobud qayda pozuntusuna yol verən sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videonu göndərərək məlumat verib. Hadisə iyulun 23-də saat 21:31 radələrində qeydə alınıb. Belə ki, səfirliyə məxsus “Audi” markalı avtomobilin sürücüsü zolaqda yerləşmə qaydasını pozub. O, yalnız düz istiqamətdə hərəkətə icazə verilən ikinci zolaqdan qəfil sol zolağa keçərək sola dönmək istəyib.
Bu zaman həmin zolaqda hərəkətdə olan avtomobil üçün qəza şəraiti yaranıb. İzləyicinin sözlərinə görə, o, qəzadan yayınmaq üçün əyləci tam sıxıb və ardınca sağ zolağa manevr edib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü öncədən hərəkət zolağında düzgün yerləşməli və manevr zamanı digər hərəkət iştirakçılarına təhlükə yaratmamalıdır. Son anda edilən bu cür zolaq dəyişmələri nəqliyyat axınının təhlükəsizliyini pozmaqla yanaşı, arxadan gələn sürücüləri ani qərarlar verməyə məcbur edir ki, bu da ağır yol-nəqliyyat hadisələri ilə nəticələnə bilər.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












