Sərxoş halda yaxalanan gənc sürücü yol polisini kapotda sürüdü - FOTO

Sərxoş sürücü onu saxlayan yol polisi əməkdaşını avtomobilinin kapotunda sürüyüb.
Avtosfer.az xəbər verir ki, hadisə aprelin 23-də axşam saatlarında Türkiyənin İzmir şəhərində baş verib.
Belə ki, İzmir Nəqliyyat Nəzarət Şöbə Müdirliyi əməkdaşları Buca rayonunda reyd zamanı 19 yaşlı S.Ş. idarə etdiyi 35-BSH-971 dövlət nömrə nişanlı avtomobili saxlayıb.
Sərxoşluq testindən keçəcəyini anlayan sürücü qaçmaq istəyərkən, yol polisi əməkdaşı avtomobilin kapotundan yapışıb. Avtomobilin sürücüsü polis əməkdaşını o vəziyyətdə təxminən 500 metr sürüyüb. Bu cür yoluna davam edən sürücünün qarşısını isə başqa bir avtomobil kəsib və o, polis qrupları tərəfindən nəzarət altına alınıb.
Hadisə nəticəsində yaralanan polis əməkdaşı Seyfi Dəmirsoy xəstəxanaya aparılıb.
Aparılan müayinə zamanı sürücü S.Ş.-nin 1,22 promil sərxoş olduğu müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












