Sərxoş sürücü sükan arxasında yuxulayaraq qəza törədib - VİDEO

Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, İlqar İsmayılov sərxoş vəziyyətdə ona məxsus 90-SA-832 dövlət nömrə nişanlı "Volkswagen Passat" markalı avtomobilin sükanı arxasına əyləşib. O, avtomobili idarə edərkən yuxulayıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanan, Məmmədov Çingiz İbrahim oğluna məxsus 90-LS-301 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilə çırpılıb. Hadisə zamanı İ.İsmayılov üz nahiyəsindən yüngül xəsarət alıb. O, "Report"a anlaqsız vəziyyətdə olduğunu bildirərək, qəzanın necə baş verdiyini xatırlamadığını və sükan arxasında yuxuladığını etiraf edib. Qəza nəticəsində "Hyundai" markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib. Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün müvafiq məntəqəyə aparılıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












