“Səyyar Xidmət” Qrupu Ağdamda mexanizatorlara xidmət göstərdi - FOTO

Baş Dövlət Texniki Nəzarət Xidmətinin “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi tədbirini sentyabrın 28-də Ağdam rayonunun Bənövşələr qəsəbəsində təşkil edib. Bu məqsədlə Ağdam, Ağcabədi, Laçın, Bərdə və digər ətraf rayonların mexanizatorları Ağdam rayonu Bənövşələr qəsəbəsində yerləşən Qəsəbə Nümayəndəliyinin inzibati binasına dəvət edilib. Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı etibarlılıq müddəti bitmiş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 112 nəfər mexanizatorun sürücülük vəsiqəsi yenisi ilə əvəz olunub, 10 nəfər texnikasını dövlət qeydiyyatına alıb, 2 nəfər dövlət qeydiyyat şəhadətnaməsinin yararsız vəziyyətə düşdüyü üçün duplikat alıb, 10 nəfər texnikasını texniki baxışa təqdim edib.
Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışından keçmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə əsasən fiziki şəxslərin 50, vəzifəli şəxslərin 100, hüquqi şəxslərin 300 manat məbləğində cərimə edilməsi və texnikaların idarəedilməsi zamanı təhlükəsizlik qaydalarının riayiət olunmasına dair məlumatlandırıcı söhbətlər aparılıb.
Tədbirin sonunda Dövlət Xidmətinin əməkdaşları kənd məktəbinin ərazisində ağacəkmə kampaniyasını təşkil edin. “Səyyar Xidmət” Qrupu tərəfindən ərazidə 30 dən artıq həmişəyaşıl ağaclar əkilib.
Bir qayda olaraq “Səyyar Xidmət” respublikanın bütün rayonlarını əhatə etməklə mütəmadi olaraq texnika mülkiyətcilərinə yerində qanuna müvafiq xidmətləri davam etdirəcək.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO


















