Sumqayıtda 7 nömrəli avtobus sürücüləri marşrutları ilə hərəkət etmir - FOTO

Sumqayıtda avtobus sürücülərinin özbaşınalıqları artıq şəhər əhalisinin ciddi narazılığı ilə üzləşib.
Avtosfer.az xəbər verir ki, artıq bir müddətdir ki, Sumqayıt şəhərinin əsas nəqliyyat yükünü daşıyan 7 nömrəli marşrut avtobusunun sürücüləri qaydalara riayət etmir. Belə ki, şəhər avtovağzalı ilə Xəzər bağlar massivi və 13-cü mikrorayonu birləşdirən marşrut xətti üzrə hərəkət edən 7 nömrəli avtobusların sürücüləri öz xətləri üzrə hərəkətdən yayınır.
Bakı küçəsi ilə irəliləyib avtovağzalın qarşısındakı dayanacaqda avtobusu saxlamalı olan sürücülər xətdən çıxaraq sağa, yəni Sülh prospektinə dönür və “7 nəsil” heykəlinin qarşısından Heydər Əliyev prospektinə - sola dönərək son dayanacağa yaxınlaşırlar. Bununla da daha çox relsə çıxaraq günlük planlarını yüksəldə bilirlər. Avtovağzala, oradan da Bakıya üz tutmağa çalışanlar isə bu sürücülərin ucbatından uzun məsafəni piyada qət etməli olurlar. Sosial şəbəkələrdə paylaşdığı fotolarda vətəndaş bildirir ki, sürücülər, eləcə də onlara nəzarət edən qurumlar hər dəfə avtovağzalın qarşısındakı tıxacı bəhanə gətirir, lakin qeyd edilən saatlarda həmin ərazidə heç bir tıxac olmur.
Sakinlər artıq Bakı və Gəncədə ictimai nəqliyyat sahəsində yaradılan şəraitin Sumqayıtda da qurulmasını, “BakuBus” avtobuslarının gətirilməsini tələb edir. Bildirirlər ki, mövcud şəraitdə kart sisteminin olmaması, daha əvvəl gətirilib işə yaramaması, sürücülərin özbaşınalıqları, bir-birlərilə yollarda yarışmaları narahatlıq yaradır.
Səfər
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO















