Sumqayıtda sərnişin avtobusları növbə ilə qarşı yola çıxıb təhlükə saçdı - VİDEO

Sumqayıt şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücüləri kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 17-də saat 18:22 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 7 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 50-AF-337 dövlət qeydiyyat nişanlı “AKIA Ultra LF12” markalı avtobusun sürücüsü qoşa xəttin tələbini pozaraq dəfələrlə əks istiqamətli hərəkət zolağına çıxıb. Həmin avtobusun qarşısında hərəkət edən eyni marşrut xəttinə aid digər “AKIA Ultra LF12” markalı avtobusun sürücüsü də analoji qayda pozuntusuna yol verib.
Görüntülərdən məlum olur ki, sürücülər yol boyu növbəli şəkildə qarşı hərəkət zolağına keçərək hərəkətlərini davam etdiriblər. Nəticədə onlar qarşıdan gələn nəqliyyat vasitələri üçün ciddi qəza şəraiti yaradıb. Videoda yolun nisbətən boş olması isə sürücülərin bu təhlükəli manevrləri zərurətdən deyil, qaydalara məhəl qoymadan etdiyini göstərir.
Qeyd edək ki, ictimai nəqliyyat vasitəsini idarə edən sürücülərin bu cür davranışı təkcə digər hərəkət iştirakçılarının deyil, avtobusda olan sərnişinlərin də həyatını təhlükə altına atır. Sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarına daha məsuliyyətli yanaşmalı, xüsusilə qoşa xətt və əks istiqamətə çıxma ilə bağlı təhlükəli manevrlərdən çəkinməlidirlər.
Nərmin
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO












