Sumqayıtda TƏHLÜKƏLİ ANLAR - Avtobus sürücüsü hər iki əlini sükandan çəkərək telefonla oynadı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, Sumqayıt şəhərində 7 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə edən zaman sərnişinlərin həyatını təhlükəyə ataraq mobil telefondan istifadə etməsi və sosial şəbəkəyə daxil olması barədə yayılan görüntülər araşdırılıb. Sürücü N.Əlişanov müəyyən olunaraq Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinə dəvət edilib. Onun barəsində inzibati protokol tərtib edilib və sürücü ilə profilaktik söhbət aparılıb.
Bir daha bildiririk ki, sükan arxasında mobil telefondan istifadə sürücünün reaksiyasını və idarəetmə imkanlarını kəskin şəkildə məhdudlaşdırır, nəticədə nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını mümkünsüz edir. Sürücülər nəzərə almalıdırlar ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətsizlik sadəcə qayda pozuntusu deyil, insan həyatına birbaşa təhlükə yaradan ciddi məsuliyyətsizlikdir.
***
Sumqayıt şəhərində fəaliyyət göstərən 7 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atan davranışı narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, oxu.az-a göndərilən görüntülərdə avtobus sürücüsünün nəqliyyat vasitəsini sürən zaman mobil telefondan istifadə etdiyi əks olunub.
Kadrlardan da göründüyü kimi, sürücü sükan arxasında olarkən diqqətini yoldan yayındıraraq telefonla məşğul olur, daha dəqiq desək, iki əlini də sükandan çəkərək "TikTok"da izlədiyi videolara şərh yazır. Bu cür davranış isə həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına atıb.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə etmək qadağandır və inzibati məsuliyyət yaradır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Görüntüləri təqdim edirik:
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO












