Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO

Magistral yolda sürət həddini kəskin şəkildə artıran sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. "Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 20-FH-795 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobili yüksək sürətlə idarə edən sürücü, 37 yaşlı Elçin Allahverdiyev saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür", - deyə məlumatda vurğulanır.


***
Magistral yolda sürət həddini kəskin şəkildə artıran sürücü digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, BYD markalı avtomobilin sükanı arxasında olan sürücünün sürət həddini saatda 187 km/saata çatdırdığı əks olunub. Sürücü bu anları mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkə hesabında paylaşıb. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər sürücünün bu hərəkətini məsuliyyətsizlik kimi qiymətləndirərək belə halların ciddi təhlükə yaratdığını bildiriblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.az-a bildirilib ki, görüntülərlə bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılır. "Sürücü barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi təmin olunacaq", - deyə məlumatda vurğulanıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












