Sürücü 4 avtomobilin toqquşmasına səbəb oldu: xəsarət alanlar var - FOTO

Binəqədi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Cəfər Xəndan küçəsində baş verib. "Volkswagen" markalı avtomobilin sürücüsü işıqforun qırmızı ışığında keçərək yolun əks istiqamətilə hərəkət edib. Nəticədə o, işıqforun yaşıl işığında keçən "BMW", daha sonra yolun əks istqamətinə keçərək "Opel" və "VAZ-2107" markalı avtomobillərə çırpılıb. Qəza zamanı iki nəfər xəsarət alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 1970-ci il təvəllüdlü Xəlilova Sahibə Səfər qızının vəziyyəti ağırdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar əraziyə Yol Patrul Xidmətinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO



















